Çexiyanın yeni prezidenti vəzifəsinin icrasına başladı

Petr Pavel bu gündən Çexiya prezidenti vəzifəsinin icrasına başlayıb.

Azpost.info xəbər verir ki, Pavel Çexiya parlamentinin hər iki palatasının deputatları qarşısında prezidentlik andı içib.

“Mən Çexiyaya sadiq qalacağıma, onun konstitusiyasına və qanunlarına əməl edəcəyimə söz verirəm”, – Çexiyanın yeni lideri deyib.

Daha sonra Pavel marəsimin keçirildiyi Vladislav zalına toplaşanlara müraciət edərək tezliklə fəaliyyətinin ilk 100 gününün planını dərc edəcəyini deyib. O, fəal prezident olacağını deyib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.