Ceyhun Bayramov:Simulyasiya Konfransı parlaq gəncləri bir araya gətirən tədbirlərdən biridir

Bu il Azərbaycan və BMT səmərəli tərəfdaşlıq və əməkdaşlığın 30 illiyini qeyd edir. BMT-nin ölkə üzrə Bakıdakı İdarə Heyəti ilə birlikdə bu əlamətdar hadisəni qeyd etmək üçün bir sıra tədbirlər təşkil edirik. Bu gün açılışını etdiyimiz Simulyasiya Konfransı parlaq gəncləri bir araya gətirən tədbirlərdən biridir.

Bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT-Azərbaycan tərəfdaşlığının 30-cu ildönümünə həsr olunmuş ADAMUN Simulyasiya Konfransında çıxışı zamanı deyib.

Nazir bildirib ki, Azərbaycan Birləşmiş Millətlər Təşkilatına üzv olduqdan sonra BMT Nizamnaməsinin məqsəd və prinsiplərini rəhbər tutaraq qaydalara əsaslanan beynəlxalq nizama ciddi riayət olunmasını qorumaq və təşviq etmək üçün səylərini əsirgəməyib.

“Biz davamlı inkişaf üçün kollektiv öhdəliyə fəal töhfə veririk və BMT-nin geniş əhatəli gündəliyində bütün səviyyələrdə iştirak edirik. Biz digərləri ilə yanaşı, regionumuzda və onun hüdudlarından kənarda sülhü təşviq edir, digər ölkələrlə ikitərəfli və çoxtərəfli əməkdaşlığımızı inkişaf etdirir, BMT-nin sülhməramlı əməliyyatlarında iştirak edir, COVID-19 pandemiyasının mənfi nəticələrinin aradan qaldırılması üçün səyləri dəstəkləyir və humanitar çağırışlara cavab veririk. Biz həm də çoxtərəfliliyin güclü tərəfdarıyıq və mədəniyyətlərarası dialoqun ən böyük təşviqatçılarından biriyik”, – deyə Ceyhun Bayramov əlavə edib.

AZƏRTAC

Əvvəlki məqalə

Təhsil naziri koronavirusla bağlı məktəblərdəki mövcud vəziyyəti açıqlayıb

Sonrakı məqalə

Nazir: