Ceyhun Bayramov ATƏT-in sədri ilə telefonda Laçındakı vəziyyəti müzakirə edib

13 May 2021 - 22:21

Mayın 13-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun İsveçin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri xanım Ann Linde ilə telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən  bildirilib ki, tərəflər Azərbaycan və Ermənistan sərhədində baş vermiş gərginliklə bağlı fikir mübadiləsi aparıblar.

Üçtərəfli bəyanatlara riayət olunmasının vacibliyi vurğulanıb.