Ceyhun Bayramov Britaniyanın dövlət naziri ilə Ukraynanı müzakirə edib

1 mart 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici İşlər, Birlik ölkələri və İnkişaf Ofisində Avropa məsələləri üzrə dövlət naziri Ceyms Kleverli ilə telefon danışığı baş tutub.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən xəbərə görə, tərəflər regional məsələlər, xüsusilə Ukraynadakı vəziyyət ilə bağlı fikir mübadiləsi aparıblar.

Nazirlər ikitərəfli əməkdaşlıq gündəliyinin aktual məsələlərini, habelə qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir