Ceyhun Bayramov Britaniyanın nümayəndə heyəti ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Krallığın siyasi-ictimai dairələri, tədqiqat mərkəzləri və mətbu orqanlarını təmsil edən nümayəndə heyəti ilə görüşüb.

XİN-dən verilən məlumata görə, görüşdə nazir Ceyhun Bayramov Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra üzləşdiyi ən böyük təhdid olan Ermənistanın təcavüz siyasəti, onun nəticələri, onilliklər ərzində Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirilən qanunsuz fəaliyyət, genişmiqyaslı dağıntılar və Ermənistanın hərbi təxribatları barədə məlumat verib.

Post-münaqişə mərhələsi və bölgədəki cari vəziyyətdən danışan nazir, işğaldan azad edilmiş ərazilərdəki vəziyyət, bu ərazilərdəki mina təhlükəsi və doğurduğu fəsadlar, həyata keçirilən bərpa və quruculuq işləri, ərazilərin gələcək inkişafı planları barədə məlumat verdi.

Daha sonra nazir nümayəndə heyəti tərəfindən səsləndirilən Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinə verilən dəstək, mina təhlükəsinin aradan qaldırılması, Azərbaycanlı məcburi köçkünlərin evlərinə geri qayıdışı və xalqların birgə yaşayışı, habelə Birləşmiş Krallıq və Azərbaycan münasibətləri və s. suallarını cavablandırdı.

Görüşün sonunda nümayəndə heyətinin üzvlərinə Heydər Əliyev Fondu tərəfindən dərc edilən “Qarabağ işğaldan öncə və sonra” kitabı təqdim edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Şeyxülislam Patriarx Kirilə başsağlığı məktubu göndərib

Sonrakı məqalə

Həcc ziyarəti üçün cəmi 60 min zəvvara icazə verilib –