Ceyhun Bayramov Ermənistana xəbərdarlıq edib

“Revanşist yanaşma və əməkdaşlıq seçimi Ermənistan hökuməti və onun xalqından asılıdır”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov slovakiyalı həmkarı ilə birgə mətbuat konfransında deyib.

O, Azərbaycanın əməkdaşlığa, tərəfdaşlığa yönəlmiş addımları müsbət cavablandırmağa hazır olduğunu bəyan edib.

“Azərbaycana qarşı hər hansı addımlar olarsa, təbii ki, biz buna cavab verəcəyik”, – XİN rəhbəri vurğulayıb.

C. Bayramov qeyd edib ki, Azərbaycan öz üzərinə düşən öhdəlikləri yerinə yetirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ərdoğan oktyabrın 26-da Azərbaycana səfər edəcək

Sonrakı məqalə

Kreml Ərdoğanın “Dünya beşdən böyükdür” ifadəsinə münasibət bildirib