Ceyhun Bayramov Fransa Milli Assambleyasının üzvləri ilə görüşüb

22 fevral 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Fransa Milli Assambelyasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.

Görüş zamanı nazir Ceyhun Bayramov Milli Assambleyanın üzvlərini salamlayaraq, ikitərəfli əməkdaşlıq münasibətlərinin inkişafından bəhs edib. Azərbaycanın Fransa ilə münasibətlərin inkişafına hər zaman yüksək əhəmiyyət verdiyini qeyd edib. Fransanın bölgədə hər zaman fəal olduğu və bütün istiqamətlərdə məsələlərin qarşılıqlı anlaşma və dialoq vasitəsilə inkişaf etdiyi vurğulanıb.

Nazir Ceyhun Bayramov bölgədə cərəyan edən son proseslər, o cümlədən 44 günlük Vətən müharibəsindən sonrakı vəziyyət, işğal faktorunun aradan qaldırılmasının iki dövlət arasında münasibətlərin normallaşması üçün əsas təşkil etdiyi, üçtərəfli bəyanatların həyata keçirilməsi və digər aidiyyəti məsələlər barədə qarşı tərəfə ətraflı məlumat verdi. Beynəlxalq hüququn prinsipləri, xüsusilə də beynəlxalq sərhədlər çərçivəsində ərazi bütövlüyünə hörmət və sərhədlərin toxunulmazlığına hörmət əsasında münasibətlərin normallaşmasının mümkün olduğu qeyd olundu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

ABŞ-da koronavirusdan ölüm sayı 500 mini ötüb

Sonrakı məqalə

Azərbaycanla sərhəddə rus qoşunlarının yerləşdirilməsi Yerevanda etirazla qarşılandı