BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Barro ilə görüşüb.
Bu barədə Azərbaycan XİN-in “X” hesabında məlumat verilib.
Görüşdə ikitərəfli münasibətlər, Azərbaycan–Avropa İttifaqı əlaqələri, regional təhlükəsizlik vəziyyəti, eləcə də qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər müzakirə olunub.
Qeyd edək ki, Prezident İlham Əliyevin sentyabrın 23-də imzaladığı Sərəncamla Fransa vətəndaşı Martin Ryan əfv edilərək cəzasının çəkilməmiş hissəsindən azad olunub. Ryan Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 mart 2026-cı il tarixli hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilmişdi.