Ceyhun Bayramov həmkarı Çavuşoğlu ilə telefonla danışıb

Bu gün  Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.

XİN-in Mətbuat Xidməti idarəsindən verilən məlumata görə, nazirlər 10 noyabr tarixli üçtərəfli bəyanatın icrası və bölgədə mövcud olan vəziyyəti müzakirə ediblər.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Vətən müharibəsində şəhid olmuş 2823 hərbçi dəfn olunub –

Sonrakı məqalə

Şuşaya yeni polis rəisi təyin edilib