Ceyhun Bayramov iranlı və əfqanıstanlı həmkarları ilə görüşüb

18 İyun 2021 - 18:06

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşüb.

Bu barədə Azərbaycan XİN başçısı “Twitter”də bildirib.

C. Bayramov Əfqanıstanın xarici işlər naziri Məhəmməd Hənif Atmarla da görüşüb.

Antalya Diplomatiya Forumu çərçivəsində baş tutan görüşlərdə ikitərəfli əməkdaşlıq, regional təhlükəsizlik məsələləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb. (APA)