Ceyhun Bayramov və Hakan Fidan Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İstanbula işgüzar səfəri çərçivəsində türkiyəli həmkarı Hakan Fidanla görüşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Hakan Fidanla görüşdə Türkiyə-Azərbaycan müttəfiqlik əlaqələrindən irəli gələn regional və beynəlxalq əməkdaşlığın perspektivləri, münaqişədən sonrakı regional vəziyyət, eləcə də qlobal təhlükəsizlik çağırışlar müzakirə edilib.

Eyni zamanda, regionda münaqişədən sonrakı vəziyyət, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinin hazırkı vəziyyəti, davam edən çağırışlar və s. barədə məlumat verilib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.