Ceyhun Bayramovla Sergey Lavrovun təkbətək danışıqları başa çatıb

Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramovla Sergey Lavrovun təkbətək görüşü başa çatıb.

Hazırda nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş keçirilir.

****

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və rusiyalı həmkarı Sergey Lavrov arasında görüş başlayıb.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

C.Bayramov S.Lavrovu nazirliyin önündə qarşılayıb. Daha sonra XİN başçılarının təkbətək görüşü başlayıb.

Qeyd edək ki, S.Lavrov iyunun 23-də Azərbaycana səfərə gəlib(report).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.