Ceyhun Bayramovun Avropa İttifaqının komissarı ilə telefon danışığı olub

Dekabrın 23-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının (Aİ) qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyi ilə telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən bildiriblər ki, telefon danışığı zamanı nazir Ceyhun Bayramovun Azərbaycan-Aİ Əməkdaşlıq Şurasının iclasında iştirak məqsədilə ötən həftə Brüsselə səfəri çərçivəsində keçirdiyi görüşlərin davamı olaraq, ölkəmizin Aİ ilə əməkdaşlığı, o cümlədən enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Tərəflər, habelə digər qarşılıqlı maraq doğuran regional məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Hulusi Akar Naxçıvan Əlahiddə Ordusunun Komandanı Kərəm Mustafayevlə görüşüb –

Sonrakı məqalə

Dövlət Duması hökumətə sosial şəbəkələri bağlamaq hüququ verən qanunu qəbul edib