Fantastik süjetli “Terminator”-un məhşur rejissoru Ceyms Kemeron süni intellektlə videogenerator üzərində işə başlayıb. O, deyib ki, süni intellektlə videogenerator yaratmaq üçün komandaya qoşulub.
Azpost.info bildirir ki, xəbəri “Reuters” yayıb.
İngiltərənin nüfuzlu “Stability AI” şirkəti çərşənbə axşamı elan edib ki, “Titanik”, eləcə də “Terminator”-un direktoru, həm də rejissoru Ceyms Kemeron işə başlayıb və artıq o, süni intellekt startapının idarə heyətinə daxil olub.
Kemeron öz açıqlamasında deyib ki, süni intellekt, həmçinin kompüter qrafikasının birləşməsi yaradıcılara heç vaxt təsəvvür edilməyən şəkildə hekayələr danışmağa yeni imkanlar açacaq.
Londonda yerləşən “Stability AI” şirkəti ilin əvvəlində bu layihə üçün təxminən 80 milyon dollar vəsait toplayıb. Daha sonra şirkət tezliklə həmin məbləği artırmaqla, ardınca daha 101 milyon dollar toplayıb.
Oqtay Qorçu