“Çinə qarşı sanksiya ilə bağlı qanun layihəsini hələ görməmiəm” –Tramp

ABŞ prezidenti Donald Tramp koronavirusa görə Çinə qarşı sanksiya tətbiq edən qanun layihəsini hələ görmədiyini, ancaq layihə ilə tanış olacağını deyib.

Trend-in məlumatına görə, söhbət ABŞ Senatına Respublikaçı Lindsi Qrem tərəfindən təqdim edilmiş “Pekinin əməkdaşlıq etməyəcəyi və koronavirusun yayılmasına səbəb olan hadisə barədə tam hesabatı göstərməyəcəyi” halda Çinə qarşı sanksiyaları nəzərdə tutan qanun layihəsindən gedir.

Bununla bağlı mayın 13-də Ağ Evdə D.Tramp ilə Kolorado və Şimali Dakota ştatlarının qubernatorları arasında keçirilən görüşdə jurnalistlər prezidentdən qanun layihəsini imzalayıb- imzalamayacağını soruşub.

ABŞ prezidenti suala cavab olaraq bildirib: “Bu layihə ilə tanış olacağam, amma hələki onu görməmişəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Müəllim işləmək istəyənlər bu il məntiqdən imtahan verməyəcəklər

Sonrakı məqalə

Prezident İlham Əliyevin köməkçiləri vətəndaşları bu tarixlərdə qəbul edəcəklər –