Çin: ABŞ Asiya-Sakit Okean regionunu “barıt çəlləyinə” çevirir

ABŞ-Çin
ABŞ-Çin

Çin ABŞ-ı Asiya-Sakit Okean regionunda süni gərginlik yaratmaqda ittiham edib. Bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi saytında yayımlanan bəyanatda bildirilir.

AzPost xəbər verir ki, Pekin Vaşinqtonu region ölkələrinin sülh və sabitliyi qorumaq səylərinə hörmətlə yanaşmağa çağırıb. Çin XİN-in açıqlamasında qeyd olunur ki, ABŞ Hind-Sakit Okean strategiyası çərçivəsində bölgədə hərbi mövcudluğunu genişləndirir və bu, regionun sabitliyini təhlükə altına qoyur.

Bəyanatda vurğulanır ki, Vaşinqton Cənubi Çin dənizində hücum xarakterli silah sistemlərini yerləşdirməklə, həm Çinə, həm də qonşu ölkələrə təzyiq göstərməyə çalışır. Çin tərəfi qeyd edib ki, ABŞ-ın bu addımları Asiya-Sakit Okean regionunu real münaqişə riskləri ilə üz-üzə qoyur.

Pekin ABŞ-ı region ölkələrinin maraqlarına və sülh təşəbbüslərinə hörmət etməyə, süni münaqişə ocaqları yaratmamağa və gərginliyi azaltmağa dəvət edib.

Çin hakimiyyəti həmçinin ABŞ-ın Tayvana silah tədarükü məsələsinə də etirazını ifadə edib. Xatırladaq ki, Pekin ötən həftə Vaşinqtonu “bir Çin” prinsipinə və mövcud beynəlxalq razılaşmalara əməl etməyə çağırmışdı.

Ekspertlər bildirirlər ki, regionda gərginliyin artması təkcə Çin və ABŞ arasında deyil, həm də qonşu dövlətlərin təhlükəsizlik maraqlarına zərbə vuracaq.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.