“Çin ABŞ dövlət katibini qəbul etməyə hazır deyil”- “Financial Times”

“Çin ABŞ dövlət katibi Entoni Blinkeni Pekində qəbul etməyə hazır deyil”.

Azpost.info xəbər verir ki, bu barədə “Financial Times” məlumatlı mənbələrə istinadən yazıb.

Buna səbəb Pekinin ABŞ Federal Təhqiqatlar Bürosunun fevral ayında vurulmuş Çin “kəşfiyyat şarı” ilə bağlı hesabat yayacağından ehtiyat etməsidir.

Qəzet yazır ki, Çin rəsmiləri ABŞ prezidenti Co Bayden administrasiyasının FTB hesabatını açıqlaya biləcəyindən, eləcə də bir sıra fiziki sübutlar təqdim edə biləcəyindən və bütün bunların Blinkenin Çinə səfəri zamanı ictimaiyyətə açıqlana biləcəyindən narahatdırlar. Bu baxımdan Pekin səfərin tarixini razılaşdırmağa tələsmir.

Çinin xarici işlər naziri Qin Qang da ABŞ nümayəndə heyəti ilə bağlı narahatlığını dilə gətirib. O bildirib ki, FTB-nin araşdırması ABŞ-Çin münasibətlərini sabitləşdirməyi çətinləşdirir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.