Çin ABŞ-ın Tayvandan imtinası qarşılığında 1 trilyon dollar sərmayə təklif edir

Çin Birləşmiş Ştatlarla Tayvan məsələsində qarşıdurmadan qaçmaq üçün diplomatik və maliyyə yollarını önə çıxarır. AzPost-un məlumatına məlumatına görə, Pekin Vaşinqtona Tayvanın Çinə məxsus olduğunu tanıması qarşılığında 1 trilyon dollarlıq sərmayə paketi təklif etməyə hazırdır.

Məlumata əsasən, ABŞ prezidenti Donald Tramp hazırda çətin seçim qarşısındadır – Tayvanın “suverenliyini” tanımaq, yoxsa adanı Çinin ayrılmaz hissəsi kimi qəbul etmək. Bu məsələ ətrafında gərginlik Pekinin ordusunun Tayvan istiqamətində aktiv hərbi təlimlər keçirməsi fonunda daha da artıb.

Tayvan administrasiyası isə ABŞ-ın dəstəyini qorumaq üçün bir sıra addımlar atır. Rusiya neftindən imtina edən ada rəhbərliyi 165 milyard dollarlıq investisiya ilə ABŞ-ın Arizona ştatında mikrosxem zavodu tikməyi planlaşdırır.

Pekin tərəfi isə açıq qarşıdurmadan qaçaraq, siyasi və iqtisadi vasitələrlə “vahid Çin” konsepsiyasını irəlilətməyə üstünlük verir.

Ekspertlər hesab edir ki, bu ssenaridə Tramp administrasiyası üçün “siyasi jest” müqabilində nəhəng iqtisadi dividendlər əldə etmək imkanı yarana bilər.

Xatırladaq ki, Tayvan məsələsi Pekin üçün dövlət suverenliyinin əsas elementi sayılır və Çin rəhbərliyi adanı öz ərazisi kimi tanıyır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.