Çin ABŞ şirkətlərinə sanksiya tətbiq edib

Çin Tayvana silah tədarükü ilə bağlı ABŞ-ın bir sıra hərbi-sənaye şirkətlərinə və onların rəhbərlərinə yeni sanksiyalar tətbiq edib.

Azpost.info xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Birləşmiş Ştatlar bu yaxınlarda Çinin Tayvan bölgəsinə silah satışını yenidən elan etdi ki, bu da vahid Çin prinsipini ciddi şəkildə pozur. Bu, Çinin daxili işlərinə ciddi müdaxilədir və suverenliyinə və ərazisinə ziyan vurur “, – XİN-dən bildirilib.

Sanksiyalar Anduril Corporation, Maritime Tactical Systems Corporation, Pacific Rim Defense Corporation, AEVEX Aerospace Corporation, LKD Aerospace Corporation və Summit Technology Corporation-a qarşı tətbiq edilib. Onların Çindəki aktivləri və mülkləri dondurulacaq. Bundan başqa, bu müəssisələrin 11 menecerinin adı “qara siyahı”ya salınıb. Onların Çinə, o cümlədən Honq Konq və Makaoya girişi qadağan ediləcək.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.