Çin alimləri bədən istiliyini elektrik enerjisinə çeviriblər

Çin alimləri insan bədəninin istiliyini elektrik enerjisinə çevirə bilən elastik material yaradıblar. Bu kəşf gələcəkdə özünü enerji ilə dolduran “ağıllı” geyimlərin və geyilə bilən qadcetlərin hazırlanmasına imkan verəcək.

Bu barədə məlumatı “South China Morning Post” qəzeti yayıb.

Nəşrin yazdığına görə, ixtira geyilə bilən cihazların tez-tez şarj edilməsinə olan ehtiyacı aradan qaldıra bilər.

Alimlər materialı elə formada inkişaf etdirməyi planlaşdırırlar ki, o, paltarların içinə yerləşdirilsin və bədən istiliyini tənzimləməklə yanaşı, cibdəki telefonu enerji ilə doldura bilsin.

Bundan başqa, materialın potensial tətbiq sahələri sırasında xarici batareyaya ehtiyac duymayan tibbi sensorlar da göstərilir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.