Çinin 3 əsas aviasiya şirkətindən olan “China Eastern Airlines” şirkətinin sabiq rəhbəri Liu Şaoyan qanunsuz əməllərinə görə Çin Kommunist Partiyasının (ÇKP) sıralarından xaric edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə ÇKP-nin intizamın təftişi komitəsi açıqlama yayıb. Sabiq məmurun partiya intizamını pozaraq qanunsuz əməllərə yol verdiyi bildirilir.
Çinin korrupsiyaya qarşı mübarizə qurumu olan Dövlət Nəzarət Komitəsinin Liu Şaoyan haqqında apardığı araşdırma zamanı müəyyən edilib ki, sabiq məmur özəl kapital fondlarının idarə edilməsi, müqavilələrin imzalanması, təyyarələrin icarəyə götürülməsi kimi iş əməliyyatlarında böyük miqdarda pul və bahalı hədiyyələr qarşılığında qanunsuzluqlara yol verib.
Partiyadan xaric edilən sabiq məmur cinayət məsuliyyətinə cəlb edilib.