Çin Baydenin Asiyaya səfər etdiyi vaxtda hərbi təlimlərə başlayıb

“ABŞ prezidenti Co Bayden Asiyaya səfər etdiyi bir vaxtda Çin hökuməti Cənubi Çin dənizində irimiqyaslı hərbi təlimlərə başlayıb”.

Azpost.info xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb. Agentliyin məlumatına görə, mülki gəmilərin manevr zonasına daxil olması qadağan edilib. Çinin Dəniz Təhlükəsizliyi Administrasiyası təlimin mayın 23-dək davam edəcəyini bildirib. “Rusiyanın Ukraynada xüsusi əməliyyatı başladıqdan sonra ABŞ və digər Qərb ölkələri üçün Çinə mübahisəli əraziləri hərbi yolla ələ keçirməməli olduğunu göstərmək zərurətə çevrilib. Söhbət, xüsusən də Pekinin bu yaxınlarda ətrafında hərbi təlimlər keçirdiyi Tayvandan gedir”, – agentlik yazır.

 

Azpost.info

Əvvəlki məqalə

Azərbaycanda Milli Müdafiə Universiteti yaradılıb –

Sonrakı məqalə

Avropa İttifaqı Ukraynaya 600 milyon avro məbləğində tranş ayırıb