Çin çip istehsalı üçün 40 milyard dollar ayırır

Çip
Çip

Çin yarımkeçirici sektoru üçün təxminən 40 milyard dollarlıq investisiya fondu yaratmağa hazırlaşır. Fond dövlət tərəfindən dəstəklənəcək.

“Reuters”in məlumatına görə məqsəd bu sahədə rəqib ölkələrdən geri qalmamaqdır.

Bildirilir ki, bu, Çində Sənaye İnvestisiya Fondu tərəfindən yaradılan üç fonddan ən böyüyü olacaq.

Çin Xalq Respublikasının Sədri Si Cinpin ölkənin yarımkeçirici istehsalına üstünlük verərək, bu sahədə özünü təminetmə səviyyəsinə nail olmağın vacibliyini vurğulayır. Vaşinqtonun son bir neçə il ərzində sözügedən sahədə ixraca nəzarət tədbirləri tətbiq etməsindən sonra bu ehtiyac daha da aktuallaşıb.

Qeyd edək ki, ötən ilin oktyabr ayında ABŞ Çinin qabaqcıl çip istehsalı avadanlıqlarına çıxışını əngəlləyən geniş sanksiya paketi təqdim edib. ABŞ-ın müttəfiqləri Yaponiya və Hollandiya da oxşar addımlar atıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.