“Çin dili universitet proqramlarına daxil ediləcək”- Putinin köməkçisi

“Çin dili elmdə əsas dünya dillərindən birinə çevrildiyi üçün Rusiya universitetlərinin proqramlarına daxil ediləcək”.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidentinin Elm və Təhsil üzrə köməkçisi Andrey Fursenko bildirib.

Onun sözlərinə görə, hazırda elmi ədəbiyyatın 30 faizi Çin dilində nəşr olunur. “Biz elmi trenddə qalmaq istəyirikmi? O zaman hərəkət edək. Rəqabətədavamlı olmaq istəyiriksə, bu istiqamətdə hərəkət etməliyik”, – Fursenko deyib.

O, həmçinin qeyd edib ki, rus dilinin elm dili sırasında qalmasına nail olmaq lazımdır.

Prezidentin köməkçisi xatırladıb ki, Çin dili əvvəllər Moskva Fizika və Texnologiya İnstitutunda ikinci məcburi xarici dil kimi tətbiq edilib və bu, ciddi müqavimətə səbəb olub.

Azpost.info

Əvvəlki məqalə

“Yubileyim keçiriləcək, gizlənmək istəyirəm…” –

Sonrakı məqalə

Rusiya vətəndaşlığını alan miqrantları hərbi əməliyyat zonasına göndərirlər