Çin hərbi büdcəsini 230 milyard dollara çatdırdı

Çin hökuməti bu il hərbi büdcəni 7,1 faiz artıraraq 1,45 trilyon yuana (230 milyard ABŞ dolları) çatdırıb.

Azpost.info xəbər verir ki, bunu Baş nazir Li Keqianq bildirib. Bir çox beynəlxalq təşkilatlar, o cümlədən Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu hesab edir ki, Çin hərbi büdcə ilə bağlı rəsmi məlumatları əhəmiyyətli dərəcədə kiçildir. Əslində real rəqəmlər açıqlandığından 25-50 faiz daha yüksəkdir.

Təhlilçilərin fikrincə, dərc edilmiş məlumatlara bir neçə çox vacib bənd – strateji qüvvələrə xərclər, xarici silahların idxalı, Xalq Silahlı Polisi (daxili qoşunların analoqu) və digər hərbiləşdirilmiş silahlı birləşmələr, həmçinin əyalət orqanlarının hərbi ehtiyaclar üçün xərclər daxil edilmir.

Qeyd edək ki, 2021-ci ildə Çinin hərbi xərcləri 209 milyard dollar olmuşdu.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir