“Bu həftə Çin prezidenti Si Cinpin uzun müddətdən sonra ilk dəfə beynəlxalq görüşdə iştirak edəcək və ABŞ-ın rəhbərlik etdiyi dünya nizamına alternativ baxışını nümayiş etdirmək üçün Rusiya prezidenti Vladimir Putinlə görüşəcək”.
Azpost.info xəbər verir ki, bunu “Bloomberg” agentliyi yazır.
“Si Cinpinin xaricə axırıncı səfərindən bəri təxminən 1000 gün ərzində Çin ABŞ-ın rəhbərlik etdiyi dünya nizamından getdikcə daha çox təcrid olunub. Bu həftə o, nəhayət, dünya nizamına alternativ baxışını nümayiş etdirmək üçün Rusiya prezidenti Vladimir Putinlə görüşəcək”, – agentlik qeyd edir.
“Bloomberg” Rusiya və Çinin NATO-nun genişlənməsinə və ABŞ-ın iki ölkəni cilovlamaq kampaniyasına qarşı səyləri gücləndirmək kontekstində iki lider arasında görüşün əhəmiyyətli olduğunu yazıb.
Qeyd edək ki, Rusiya və Çin liderləri sentyabrın 15-dən 16-dək Səmərqənddə keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində görüşəcəklər.
Azpost.info