Çin Makronun Ukrayna ilə bağlı “sülh planı”nı şərh edib

“Çin rəhbərliyi Avropa ölkələrinin Rusiya-Ukrayna danışıqlarını bərpa etmək istəyini dəstəkləyir”.

Azpost.info xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin bildirib.

O qeyd edib ki, Fransa prezidenti Emmanuel Makron Pekinə səfəri zamanı Çin sədri Si Cinpinlə Ukraynadakı vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi aparıb.

“Pekin Avropada təhlükəsizliyin təmin edilməsi üçün effektiv və davamlı çərçivənin yaradılmasının tərəfdarıdır. Çin Avropanı bütün tərəflərin narahatlıqlarını nəzərə alaraq danışıqların tez bir zamanda bərpasını təşviq etmək, Avropada balanslaşdırılmış, sabit təhlükəsizlik sistemi yaratmaq səylərini dəstəkləyir”, – Venbin deyib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.