Çin müdafiə xərclərini artırır- "Təhlükəsizlik çağırışlarına cavab verməliyik"

Çin 2023-cü il büdcəsində müdafiə xərclərini artıracaq.

Azpost.info xəbər verir ki, bunu Ümumçin Xalq Nümayəndələri Konqresinin sessiyasının nümayəndəsi Van Çao bildirib.

Çao xərclərin artmasını Çinin üzləşdiyi mürəkkəb təhlükəsizlik çağırışlarına cavab vermək zərurəti ilə əlaqələndirib.

Sessiya rəsmi olaraq martın 5-də başlayır və martın 13-dək davam edəcək. Sessiyada 2977 nümayəndə iştirak edəcək. Onlar digər məsələlərlə yanaşı, 2023-cü il üçün mərkəzi və yerli büdcə layihələrini dinləyib təsdiq etməli, həmçinin Çin Dövlət Şurasının sədrini, sədr müavinini və yeni baş nazirini seçməlidirlər.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.