Pekin Ukrayna münaqişəsində heç bir tərəfə öldürücü silahlar verməyib. AzPostxəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning, ikili təyinatlı malların ixracına ciddi nəzarət edildiyini söyləyib.
Bu bəyanat Avropa İttifaqının Rusiyaya qarşı Çin şirkətlərinin də daxil olduğu 17-ci sanksiyalar paketinin qəbul edildiyini elan etdikdən sonra verilib.
Mao Ning vurğulayıb ki, Pekin ardıcıl olaraq sülh danışıqlarının tərəfdarı olub.
“Çin heç vaxt münaqişə edən tərəflərə öldürücü silahlar verməmişdir və ikili təyinatlı malların ixracına ciddi nəzarət edir”, – o vurğulayıb.