“Çin NATO-nun bombardmanını heç vaxt unutmayacaq”- Si CİNPİN

Çin Xalqı 1999-cu ildə NATO tərəfindən ölkənin Belqraddakı səfirliyini bombalanmasını heç vaxt unutmayacaq.

Azpost.info xəbər verir ki, bunu Çin lideri Si Cinpin “Politika”ya yazdığı məqalədə bildirib.

O, üç çinli jurnalistin hücumun qurbanı olduğunu xatırladıb və söz verib ki, Alyansın bombalama hekayəsi heç vaxt təkrarlanmayacaq:

“25 il əvvəl NATO Çinin Yuqoslaviyadakı səfirliyini bombaladı və nəticədə üç çinli jurnalist həlak oldu. Biz bunu heç vaxt unutmamalıyıq. Çin xalqı sülhə dəyər verir, lakin biz heç vaxt belə faciəvi hekayənin təkrarlanmasına imkan verməyəcəyik”.

Çin lideri əlavə edib ki, Pekin və Belqrad arasında münasibətlər qanla bağlanıb. Onun sözlərinə görə, ölkələrin dostluğu Çin və serb xalqlarının ümumi yaddaşında əbədi olaraq qalacaq.

Azpost.info

Əvvəlki məqalə

Piyada səkisi ilə maşın sürən sürücü həbs edilib –

Sonrakı məqalə

İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü başlayıb