Çin növbəti 6 ayda ölkəyə daxil olan insanlara və mallara nəzarəti gücləndirəcək

Çin meymunçiçəyi virusunun yayılması ilə əlaqədar növbəti 6 ay ərzində ölkəyə daxil olan insanlara, həmçinin mal və məhsullara nəzarəti gücləndirəcək.

Azpost.info xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Buna səbəb son vaxtlar ayrı-ayrı ölkələrdə virusa yoluxma hallarının artmasıdır.

Eyni zamanda başqa, bu virusa yoluxma halları qeydə alınan ərazilərdən gələn nəqliyyat vasitələri, konteynerlər və mallar Çin gömrüyündə dezinfeksiya olunacaq.

Azpost.info

Əvvəlki məqalə

Qasırğa təhlükəsinə görə Yaponiyada 850-dən çox uçuş ləğv olunub

Sonrakı məqalə

Azərbaycanda seçicilərin sayı açıqlanıb