“Çin heç bir ölkəyə, o cümlədən Ukraynaya qarşı nüvə silahından istifadə edən ilk ölkə olmayacaq”.
Azpost.info xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van İ Münhen Təhlükəsizlik Konfransında bildirib.
O, eyni zamanda nüvə silahı olmayan dövlətlərə qarşı belə silahlardan istifadə etməyəcəyinə söz verib.
“Dünyaya açıq şəkildə bildirdik ki, Çin nüvə silahına malik olmayan dövlətlərə qarşı bu silahı istifadə etməyəcək. Biz həmçinin heç bir ölkəyə, o cümlədən Ukraynaya qarşı nüvə silahından ilk istifadə edən ölkə olmayacağıq”, – Van İ deyib.
XİN rəhbəri qeyd edib ki, Çin hökuməti nüvə arsenalından istifadənin və onun köməyi ilə müharibələrin başlanmasının əleyhinədir. Onun sözlərinə görə, Pekin ümumi təhlükəsizliyi təmin etmək üçün beynəlxalq öhdəlikləri yerinə yetirir.
Azpost.info