Çin ordusu Vyetnama məxsus adanı ələ keçirib, öz ərazisi elan edib

Çin Filippin hərbi bazası yaxınlığında Vyetnama məxsus Sandy Cay adasını ələ keçirib.

AzPost Financial Times ə istinadən bildirir ki, Çin sahil mühafizəsi Cənubi Çin dənizində Filippin hərbi bazası yaxınlığında yerləşən mübahisəli Sandy Cay adasına daxil olub . Pekin adaya Çin bayrağı sancıb və onu rəsmən öz ərazisi elan edib.

Adada Vyetnamın hərbi obyektləri və balıqçılıq məntəqəsi yerləşir.

“Sandy Cay” Manilanın ən mühüm hərbi bazalarından birinin yerləşdiyi Filippinin Titu adasından cəmi bir neçə kilometr aralıda yerləşir. Bu addım regionda ən böyük ABŞ-Filippin hərbi təlimləri fonunda Çin, Vyetnam və Filippin arasında münaqişənin kəskinləşməsi riskini artırır.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.