“Çin ordusu Tayvan yaxınlığında əsl döyüş təlimləri keçirib”- “Reuters”

“Çin ordusu Tayvan yaxınlığında hərbi təlimlər keçirib”.

Azpost.info xəbər verir ki, bu barədə “Reuters” agentliyi Çin Xalq Azadlıq Ordusunun komandanlığına istinadən məlumat yayıb.

Bu, son bir ayda ikinci belə təlimdir.

“Çin ordusu Tayvan ətrafındakı dəniz və hava məkanında döyüşə hazırlıq testi və əsl döyüş təlimləri təşkil edib”, – agentlik yazıb.

Tayvan prezident administrasiyası ada yaxınlığında keçirilən hərbi təlimləri pisləyib. Hökumət bəyan edib ki, Tayvan boğazında və regionda sülh və sabitlik Tayvan və Çinin birgə məsuliyyətidir.

Azpost.info

Əvvəlki məqalə

Siyəzəndə iki polis zabiti mənzildə ölü tapıldı

Sonrakı məqalə

“Tərtər işi” ilə bağlı tutulan general ev dustaqlığına buraxılmadı