Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

“Çin “ov tüfəngi” adı altında Rusiyaya hücum silahları göndərib”

User 17 Mart 2023 - 12:35 (Last updated: 21 May 2025 - 20:15)
1679032839334983e6a4099a8116aab7bc772da07a3f5

“Çin müəssisələri Rusiyaya hərbi əməliyyatlar üçün istifadə edilə bilən silah, müxtəlif döyüş sursatları və avadanlıqlar göndərib”.

Azpost.info xəbər verir ki, bu barədə “Politico” yazıb.

Nəşrin yazdığına görə, bunu gömrük məlumatlarını toplayan “Import Genius”un hesabatı ortaya qoyub.

Məlumata görə, Çinin ən böyük dövlət müdafiə podratçılarından biri olan “China North Industries Group Corporation Limited” 2022-ci ildə Rusiyanın “Texkrim” şirkətinə ABŞ M16-dan kopyalanan CQ-A hücum silahları göndərib. Sənədlərə görə, bu silahlar “mülki ov tüfəngləri” kimi keçirilib.

Nəşr qeyd edir ki, bu silahların Ukraynada Rusiya qüvvələri tərəfindən istifadə edilməsinə dair heç bir sübut olmasa da, ABŞ-ın sanksiyaları altında olan “Da-Jiang Innovations Science & Technology Co” şirkətinin DJI markalı Çin dronları orada görünüb.

Rusiyanın aldğı ehtimal edilən sursatlar arasında Çin istehsalı olan dronların hissələri də var: “Ehtiyat hissələri, o cümlədən batareyalar və kameralar BƏƏ vasitəsilə Rusiyaya göndərilib. Həmçinin, 2022-ci ilin sonunda 12 tondan çox yük Türkiyə vasitəsilə Çindən Rusiya daşınıb”.

Məlumatlara görə, Pekin Ukraynadakı döyüşləri dəstəkləmək üçün hələlik Moskvanı çoxlu sayda silahla təmin etmir. Bununla belə, Çindən Rusiyaya “ikili təyinatlı” mallar gedir. Bu, adi kommersiya marşrutları ilə sifariş verilə bilən, lakin sonradan hərbi məqsədlər üçün istifadə olunan avadanlıqdır.

“Politico” yazır ki, bu, Çinin Rusiyaya silah, zirehli jiletlər, həmçinin dron və onlar üçün ehtiyat hissələrinin tədarükünü davam etdirməsinin ilk təsdiqidir.

Azpost.info

Post navigation

Previous: Baş Prokurorluğun idarə rəisi Eldar Sultanov vəzifəsindən azad edilib
Next: Mətbəxdə istifadə üçün hansı kəsmə lövhələr daha təhlükəsizdir?

Oxşar xəbərlər

obama
  • Dünya

Obama Trampı Ağ Evin təmirinə görə ələ saldı –

User 25 Oktyabr 2026 - 10:34
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), quality = 65
  • Dünya

Kim Çen In Çinə elan olunmamış səfər edib

User 24 Oktyabr 2026 - 10:58
zelenski
  • Dünya

Zelenski müharibəni tez bitirməyə hazır olduğunu bildirib

User 24 Oktyabr 2026 - 10:00

xƏBƏR

qida yemek
  • Sosial

Evdə qida israfını azaltmağın 6 yolu

User 25 Oktyabr 2026 - 12:25
Soyuducuda unudulan tərəvəzlər, vaxtında yeyilməyən çörək və artıq bişirildiyi üçün zibilə atılan yeməklər bir çox ailənin gündəlik...
Read more about Evdə qida israfını azaltmağın 6 yolu
Evi daha geniş və işıqlı göstərən 7 dizayn üsulu – bahalı təmirə ehtiyac yoxdur menzil dizayn
  • Sosial

Evi daha geniş və işıqlı göstərən 7 dizayn üsulu – bahalı təmirə ehtiyac yoxdur

User 25 Oktyabr 2026 - 12:12
Bağda suya qənaət etməyin 5 yolu – bitkiləri hər gün sulamaq vacib deyil baqciliq
  • Sosial

Bağda suya qənaət etməyin 5 yolu – bitkiləri hər gün sulamaq vacib deyil

User 25 Oktyabr 2026 - 11:52
Avtomobil təkəri ilə bağlı sürücülərin buraxdığı səhvlər avtomobil yol
  • Maraqlı

Avtomobil təkəri ilə bağlı sürücülərin buraxdığı səhvlər

User 25 Oktyabr 2026 - 11:35
Arıqlamaq istəyənlər bu 5 səhvə yol verməsin pehriz
  • Maraqlı

Arıqlamaq istəyənlər bu 5 səhvə yol verməsin

User 25 Oktyabr 2026 - 11:15
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.