“Çin Rusiyaya hərbi dəstək versə, bunun ciddi nəticələri olacaq”- Ceyk Sallivan

“Çin Ukraynaya qarşı müharibədə Rusiyaya hərbi dəstək verərsə, hesab verməli olacaq”.

Azpost.info xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan CNN-ə bildirib.

O qeyd edib ki, Çin hələ də Rusiyaya ölümcül silahlar verməyib, lakin ABŞ “bağlı qapılar arxasında” belə bir addımın ciddi nəticələri olacağı barədə xəbərdarlıq edib: “Pekin necə hərəkət edəcəyi, hərbi yardım göstərib-göstərməyəcəyi ilə bağlı qərarını özü verməlidir. Lakin bu yolla getsə, özünə real ziyan vurmuş olacaq”.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.