“Çin Rusiyaya yardım göstərsə…”- ABŞ Pekinə ultimatum verdi

“ABŞ administrasiyası Çinin Rusiyaya təhlükəsizlik yardımı göstərməsi və ya sanksiyalardan sistemli şəkildə yayınma ehtimalını diqqətlə izləyir”.

Azpost.info xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays deyib.

“Biz Çinin Rusiyanın təhlükəsizlik yardımı ilə bağlı hər hansı müraciətinə cavab olaraq qəbul etdiyi qərarları yaxından izləyirik. Vaşinqton Çin hökumətinə, o cümlədən noyabrda iki liderin Balidə keçirilən görüşü zamanı açıq şəkildə bildirdi ki, Pekin Rusiyaya ABŞ sanksiyalarından sistemli şəkildə yayınmağa və ya təhlükəsizlik sahəsində yardım göstərməyə qərar verərsə, bunun cavabı olacaq”, – Prays bildirib.

Azpost.info

Əvvəlki məqalə

“İranın Rusiyaya hərbi təyinatlı mallar tədarük etməsini dayandıracağıq”

Sonrakı məqalə

“İran hakimiyyəti bütün edamları dərhal dayandırmalıdır”