“İranın Rusiyaya hərbi təyinatlı mallar tədarük etməsini dayandıracağıq”- PRAYS

“ABŞ administrasiyası İran və Rusiya arasında hərbi-texniki əməkdaşlığın qarşısını almaq üçün bütün mövcud səlahiyyətlərdən istifadə etməyə hazırdır”.

Azpost.info xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays deyib.

Moskva ilə Tehranın bu sahədə qarşılıqlı fəaliyyəti fonunda İran rəhbərliyinə qarşı yeni sanksiyaların tətbiqi ehtimalından danışan Prays Vaşinqtonun heç bir variantı istisna etmədiyini biıdirib.

Praysa görə, ABŞ İranın Rusiyaya hərbi təyinatlı malları tədarük etməsini dayandırmaq üçün addımlar atmaq niyyətindədir.

“Rusiya ilə İran arasında təhlükəsizlik və hərbi sahədə sıx tərəfdaşlıq mövcuddur. İran Rusiyaya lazımi hərbi yardımın ən mühüm təchizatçısına çevrilib. Lakin Rusiya da öz növbəsində İrana təhlükəsizlik yardımı göstərməyə başlayıb. Biz buna görə məsuliyyət daşımaları üçün mövcud olan bütün müvafiq alətlərə, bütün müvafiq qanunlara baxırıq”, – Prays bildirib.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycan, Türkiyə və İran parlamentlərinin sədrləri görüşdü

Sonrakı məqalə

“Çin Rusiyaya yardım göstərsə…”