“Çin Rusiyaya silah verməyəcəyinə dair zəmanət verib”- Qərb Pekinə bir daha çağırış etdi

“Çin hakimiyyəti Rusiyaya silah verməyəcəyinə dair zəmanət verib”.

Azpost.info xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib.

“Buna baxmayaraq, Pekin mövqeyini dəyişsə, bunun onun üçün nəticələri olacaq”, – kansler qeyd edib.

Şoltsla keçirdiyi mətbuat konfransında Avropa Komissiyasının rəhbəri Ursula von der Lyayen deyib ki, hələ ki Aİ-də Rusiyanın Çindən silah tədarük etdiyinə dair məlumat yoxdur.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Əlaqələr üzrə koordinatoru Con Kirbi isə məsələ ilə bağlı son açıqlamasında bildirib ki, Çin indi hansı tərəfdə olacağı ilə bağlı seçim etməlidir: “Si Cinpin seçim etməli olacaq. Və biz onu cənab Putinin günahsız ukraynalıları öldürməsini asanlaşdırmağa yox, düzgün seçim etməyə çağırdıq. Əgər Çin beynəlxalq reputasiyasına önəm verirsə, güman ki, Rusiyanın maraqlarına uyğun qərar verməyəcək”.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.