Çin Sədri Si Cinpin Yaxın Şərqdə sülhün qorunması üçün dörd təklif irəli sürüb.
Azpost.info bildirir ki, bu barədə Çinin dövlət agentliyi Sinxua xəbər verir.
“Si Cinpin Yaxın Şərqdə sülhün və sabitliyin qorunması və möhkəmləndirilməsi üçün dörd təklif irəli sürüb”-deyə məlumatda açıqlanır.
Çin lideri dinc yanaşı yaşama prinsipinə riayət etməyin və Körfəz ölkələri arasında münasibətlərin yaxşılaşdırılmasını təşviq etməyin, eləcə də regionda davamlı təhlükəsizlik arxitekturasının formalaşdırılmasının vacibliyini vurğulayıb.
Bundan əlavə, o, regiondakı dövlətlərin milli suverenliyinə, ərazi bütövlüyünə və təhlükəsizliyinə hörmət etməyin vacibliyini bəyan edib.
Si Cinpin həmçinin beynəlxalq hüquqa riayət etməyin və inkişaf və təhlükəsizlikdə koordinasiya prinsipinə riayət etməyin vacibliyini qeyd edib.