Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Maraqlı

Çin süni intellekt üçün “vahid superkompüter” qurdu

Orkhan Ali 13 Dekabr 2025 - 15:25 (Last updated: 13 Dekabr 2025 - 15:26)
2

Çində süni intellektin öyrədilməsi və yüksək hesablama tələb edən tədqiqatlar üçün nəzərdə tutulan iri miqyaslı paylanmış şəbəkə rəsmi olaraq istifadəyə verilib. AzPost xəbər verir ki, Science and Technology Daily nəşrinin məlumatına görə, yeni sistem iki min kilometrdən artıq ərazini əhatə edir və ölkə üzrə ayrı-ayrı hesablama mərkəzlərini vahid strukturda birləşdirir.

Layihə çərçivəsində qurulan ümummilli optik lif şəbəkəsi müxtəlif regionlarda yerləşən hesablama mərkəzlərini sanki tək bir güclü superkompüter kimi işləməyə imkan verən mexanizmə çevirib. Layihənin rəhbəri Lü Yuntszenin sözlərinə görə, yaradılan ümumi hesablama resurslarının səmərəliliyi ayrıca bir məlumat mərkəzinin məhsuldarlığının 98 faizinə çatır.

Mütəxəssislər bildirirlər ki, bir-birindən böyük məsafədə yerləşən əsas resursların birləşdirilməsi neyron şəbəkələrin öyrədilmə prosesini sürətləndirir və yüksək hesablama gücü tələb edən elmi araşdırmaların vaxtını xeyli azaldır. Yüksək sürətli məlumat ötürmə magistralı real vaxt rejimində işləyən sistemlər – telemedisin məsləhətləri, sənaye “əşyaların interneti” və böyük dil modellərinin hazırlanması üçün xüsusi əhəmiyyət daşıyır.

Qeyd olunur ki, yeni infrastruktur həm də xərclərin azalmasına səbəb olub. Əgər əvvəllər bir öyrətmə mərhələsi 20 saniyədən çox vaxt aparırdısa, indi bu göstərici 16 saniyəyə endirilib. Bu isə iri layihələrdə ümumi vaxt və maliyyə yükünü ciddi şəkildə azaldır.

Platforma Çinin milli strategiyasına uyğun olaraq məlumatların emalının enerji ehtiyatları zəngin olan qərb regionlarına köçürülməsini dəstəkləyir. Layihənin əsası hələ 2013-cü ildə qoyulub və hazırda 40 şəhəri əhatə edən, ümumi uzunluğu 55 min kilometrdən artıq olan optik lif xətləri ilə fəaliyyət göstərir. Sistem sutka boyu fasiləsiz işləyir və dünyanın ən iri eksperimental texnoloji platformalarından biri hesab olunur.

Açılış mərasimində şəbəkənin imkanları praktiki olaraq nümayiş etdirilib. Belə ki, FAST radioteleskopundan 72 terabayt həcmində məlumatın min kilometr məsafəyə ötürülməsi cəmi 1,6 saata başa gəlib. Adi internet mühitində bu prosesin təxminən iki il çəkəcəyi vurğulanıb. Bu sürət xüsusi ayrılmış ötürmə kanalları və minimal gecikmələr hesabına mümkün olub.

Məlumata görə, həmin texnologiyalar artıq 5G və 6G rabitə standartlarının hazırlanmasında istifadə edilir və gələcəkdə tədqiqat mərkəzləri ilə şirkətlər üçün yeni həllərin sınaqdan keçirilməsində açıq olacaq.

AzPost.az

Post navigation

Previous: Alimlər dəri mutasiyalarının ikiqat artdığını açıqladı
Next: Azərbaycanla Tailand arasında ilk siyasi məsləhətləşmələr olub

Oxşar xəbərlər

varli03
  • Maraqlı

Varlı olmaq üçün hansı xarakterə sahib olmaq lazımdır? – Maraqlı araşdırma

User 09 Noyabr 2026 - 16:44
pehriz
  • Maraqlı

Arıqlamağa mane olan beş vərdiş

User 09 Noyabr 2026 - 13:48
seher yemeyi
  • Maraqlı

Səhər yeməyində bu 8 qidanı yeməyin – Təzyiqi yüksəldə, ürəyə zərər verə bilər

User 09 Noyabr 2026 - 12:04

xƏBƏR

pasinyan iran vitse prez
  • Dünya

İran Ermənistana qaz ixrac edə bilər – Tehran hansı mesajı verdi?

User 10 Noyabr 2026 - 18:39
İran Ermənistana təbii qaz ixracını artırmaq imkanlarını nəzərdən keçirir. Tehran İrəvanı enerji sahəsində əməkdaşlıq üçün ən əlverişli...
Read more about İran Ermənistana qaz ixrac edə bilər – Tehran hansı mesajı verdi?
Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar başa çatıb photo_5445373109872566965_y
  • Dünya

Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar başa çatıb

User 10 Noyabr 2026 - 18:02
Tanınmış aktyor Aslan Fətullayev vəfat edib aslan01
  • Mədəniyyət

Tanınmış aktyor Aslan Fətullayev vəfat edib

User 10 Noyabr 2026 - 15:21
ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi? photo_5445373109872566965_y
  • Dünya

ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi?

User 10 Noyabr 2026 - 15:14
Ermənistanda bələdiyyə sədrliyinə namizəd həbsxanada öldü ermeni hebs oldu
  • Dünya

Ermənistanda bələdiyyə sədrliyinə namizəd həbsxanada öldü

User 10 Noyabr 2026 - 13:46
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.