“Çin təcavüzkarı qurbandan ayırmır”- Borrel Pekinin "sülh planı"na qarşı çıxdı

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Jozep Borrel Çinin Ukraynadakı münaqişə ilə bağlı “sülh planı”nı tənqid edib.

Azpost.info xəbər verir ki, Borrel hesab edir ki, bu, sülh planı deyil və əsasən Çin rəhbərliyinin məlum tezislərini təkrarlayır: “Bəzilərini bölüşürük, lakin vacib məqamlar çatışmır. Əsas problem odur ki, Çin tərəfləri bir səviyyəyə qoyaraq təcavüzkarı qurbandan ayırmır”.

Eyni zamanda, Borrel Aİ-nin Çinin təkliflərini təhlil edəcəyini də bildirib.

“Rusiyanın müharibəsi, Çin və ABŞ arasındakı gərginlik beynəlxalq nizam adlandırdığımız şeyi məhv edir”, – Borrel əlavə edib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.