“Çin Tayvan istiqamətinə 103 hərbi təyyarə, 9 hərbi gəmi göndərib”- Tayvandan həyəcan SİQNALI

Çin Milli Azadlıq Ordusu son 24 saat ərzində Tayvana 103 hərbi təyyarə və 9 hərbi gəmi göndərib.

Azpost.info xəbər verir ki, bu barədə adanın Müdafiə Nazirliyindən bildirilib.

Nazirlik rəqəmin bütün zamanlar üçün rekord olduğunu açıqlayıb və bu cür hərəkətləri “ciddi çağırış” adlandırıb.

“Sentyabrın 17-si səhər saatlarından sentyabrın 18-i səhərədək Müdafiə Nazirliyi dəniz üzərində ümumilikdə 103 təyyarə uçuşu aşkar edib. Bu, Tayvan boğazının və regionun təhlükəsizliyi üçün ciddi nəticələrə səbəb ola biləcək ciddi bir çağırışdır”, – Tayvan Müdafiə Nazirliyi bildirib.

Qurum hesab edir ki, Çin ordusunun hərbi fəaliyyəti gərginliyin artmasına və regionda təhlükəsizliyin pisləşməsinə səbəb ola bilər. Eyni zamanda, Tayvan Silahlı Qüvvələri müharibəyə hazırlaşmaq, lakin müharibəyə tələsməmək mövqeyindədir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.