“Dünya siyasətində geri dönüşü olmayan dəyişikliklər baş verib” –PUTİN

Rusiya Prezidenti Vladimir Putin ölkələri öz siyasətlərində “iqtisadi eqoizm” və qeyri-qanuni sanksiyalardan istifadəni dayandırmağa çağırıb.

Putin bunu Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) geniş tərkibdə keçirilən sammitində çıxışı zamanı deyib.

“Bizim birliyimiz qeyri-blok xarakterlidir, biz dünyanın aparıcı iqtisadiyyatlarında maliyyə və energetika sahəsində bir sıra sistemli səhvlər nəticəsində yaranan dünyada artan enerji və ərzaq problemlərinin həllinə yardım edirik” – deyə Rusiya Prezidenti vurğulayıb.

Putin Rusiyanın siyasətində heç bir “eqoizm” olmadığını vurğulayıb: “Ümid edirik ki, iqtisadi əməkdaşlığın digər iştirakçıları da öz siyasətlərini eyni prinsiplər üzərində quracaqlar və proteksionizm, qeyri-qanuni sanksiyalar və iqtisadi eqoizm alətlərindən öz məqsədləri üçün istifadə etməyi dayandıracaqlar”.

Rusiya Prezidenti dünya siyasətində və iqtisadiyyatında geri dönüşü olmayan dəyişikliklərin baş verdiyini qeyd edib: “Dünya siyasətində və iqtisadiyyatında fundamental transformasiyalar formalaşıb və onlar geri dönüşü olmayan xarakter daşıyır”. (APA)

Əvvəlki məqalə

Şuşada 23 binalı yaşayış massivi gələn il təhvil veriləcək

Sonrakı məqalə

Çin Tayvana silah satan ABŞ şirkətlərinə sanksiya tətbiq edəcək