“Çin Tayvanı dünyadan təcrid edə bilməyəcək, imkan verməyəcəyik”- Nensi Pelosi

“Çin Tayvanı dünyadan təcrid edə bilməyəcək”.

Azpost.info xəbər verir ki, bunu ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi dyib.

Onun sözlərinə görə, Vaşinqton Pekinə Taybeylə bağlı bu cür planları həyata keçirməyə imkan verməyəcək.

“Çin Tayvanı təcrid etməyə çalışır. Onlar bizim adaya səyahət etməyimizə mane olmaqla Tayvanı təcrid edə bilməyəcəklər. Biz buna imkan verməyəcəyik. Onlar bizim səfər cədvəlimizi tərtib etmirlər”, – Pelosi deyib.

Amerikalı spikerin bəyanatı Cənubi Koreya və Tayvandan sonra baş tutan Yaponiyaya səfəri fonunda verilib.

Pelosinin Taybeyə gəlişi Pekinin ciddi etirazlarına səbəb olub. Spikerin hərəkətinə cavab olaraq Çin Tayvan ətrafında genişmiqyaslı hərbi təlimlərə başlayıb və adaya müəyyən malların ixrac və idxalını qismən məhdudlaşdırıb.

Azpost.info

Əvvəlki məqalə

“Azərbaycanlı diplomatlar təhdid altında fəaliyyətlərini davam etdirir” –

Sonrakı məqalə

Payızda referendum olacaq, hazırlıq başlanıb –