“Azərbaycanlı diplomatlar təhdid altında fəaliyyətlərini davam etdirir” –Britaniyadakı səfirimiz Süleymanov

“Azərbaycanın Böyük Britaniyadakı səfirliyi fəaliyyətini davam etdirir”.

Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov “Twitter“ hesabındakı paylaşımında belə qeyd edib.

O qeyd edib ki, səfirlik əməkdaşları təhdidə rəğmən fəaliyyətlərini davam etdirirlər: “Səfirlik rəsmiləri də daxil olmaqla, vətəndaşlarımızın təhlükəsizliyi bizim əsas prioritetimizdir. Londonda olan azərbaycanlı diplomatlar təhdid və təhlükə altında belə Azərbaycanın Böyük Britaniyadakı səfirliyindəki fəaliyyətlərini davam etdirirlər”.

Əvvəlki məqalə

“Bakıdayam…Radikalların hücumu barbarcasınadır” –

Sonrakı məqalə

“Çin Tayvanı dünyadan təcrid edə bilməyəcək, imkan verməyəcəyik”