Payızda referendum olacaq, hazırlıq başlanıb –Proporsional sistemin bərpası, deputat sayının artırılması gözlənilir

Bu ilin payızında, təxminən oktyabr ayında Azərbaycanda Konstitusiyaya növbəti dəyişikliklərlə bağlı referendurum keçirilə bilər.

Azpost.info bildirir ki, bu barədə Etikxeber.az-a Prezident Administrasiyasına (PA) yaxın mənbədən məlumat verilib.

Mənbənin məlumatına görə, referendum bağlı PA-nın Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsindən artıq bir sıra partiyalara tapşırıqlar da verilib.

Daha doğrusu, syiasi partiyalardan referendum, Konstitusiyaya dəyişikliklərlə bağlı öz təkliflərini hazırlanması və şöbəyə təqdim edilməsi istənilib.

Mənbə iddia edib ki, referendum zamanı ölkədə proporsional seçki sisteminin bərpası, deputat yerlərinin sayının artırılması, o cümlədən idarəetmə ilə bağlı Konstitusiyaya dəyişikliklər edilməsi nəzərdə tutulur.

“Yaxın zamanlarda hansısa gözlənilməz hadisə baş verməsə, təxminən oktyabr ayında referenduma gedilməsi, proporsional seçki sisteminin bərpası, deputat yerlərinin sayının artırılması, idarəçilik, idarəetmə ilə bağlı Konstitusiyaya bir sıra dəyişikliklər edilməsi gözlənilir. Əgər 1995-2000-ci illərdə parlamentdə proporsionaldan seçilənlərin faizi 20 faiz, majoritardan seçilənlərin faizi 80 faiz idisə, bu dəfə 25+75 faiz olması, deputatların sayının isə təxminən 150-yə qaldırılması variantı ortadadır. Bunlar hələlik ilkin variantdır. Bununla bağlı müvafiq şöbədən də bəzi siyasi partiyalara öz təkliflərini hazırlaması və təqdim etməsi barədə tapşırıqlar verilib”-deyə, mənbə sözlərinə əlavə edib.

Qeyd edək ki, Azərbaycanda sonuncu dəfə referendum 2016-cı ildə keçirilib.

Referenduma gediləcəyi təqdirdə isə ən azı parlament seçkilərinin, Milli Məclisə (MM) 7-ci çağırış seçkilərin bir qədər önə çəkilməsi, yəni, növbədənkənar seçkilərin keçirilməsi ehtimal olunan və gözləniləndir.

Əvvəlki məqalə

“Çin Tayvanı dünyadan təcrid edə bilməyəcək, imkan verməyəcəyik”

Sonrakı məqalə

Azərbaycan nefti ucuzlaşıb