“Çin Tayvanla birləşmə prosesini sürətləndirəcək”- Si Cinpindən sərt BƏYANAT

“Pekin Tayvan məsələsinə xarici müdaxiləyə qarşı çıxacaq, Çinin Tayvanla birləşmə prosesini irəlilədəcək”.

Azpost.info xəbər verir ki, bunu Çin sədri Si Cinpin Ümumçin Xalq Nümayəndələri Konqresinin sessiyasında deyib.

“Vahid Çin” prinsipinə, 1992-ci il konsensusa riayət etmək, Tayvan boğazının iki sahili arasında münasibətlərin dinc inkişafını təşviq etmək, xarici qüvvələrin müdaxiləsinə və Tayvanın “müstəqilliyinə” yönəlmiş separatçı fəaliyyətlərə qəti şəkildə qarşı çıxmaq lazımdır”, – Çin lideri bildirib.

Adada vəziyyət ABŞ Konqresinin spikeri Nensi Pelosinin 2022-ci ilin avqustunda Tayvana səfərindən sonra gərginləşib. Noyabrda Si Cinpin ABŞ prezidenti Co Baydenlə görüşüb və xəbərdarlıq edib ki, Tayvan məsələsi Çin üçün “qırmızı xətt”dir. Çin Tayvanı öz ərazisinin ayrılmaz hissəsi sayır.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.