Çin Ukrayna üzrə sülh konfransını hansı halda dəstəkləyəcəyini açıqlayıb

Çin Ukrayna üzrə sülh konfransının keçirilməsi ideyasını dəstəkləyir, lakin Moskva və Kiyevin bərabər iştirakı ilə.

Azpost.info xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van İ Rusiyanın xarici işlər naziri Sergey Lavrovla birgə mətbuat konfransından sonra bildirib.

Van İ qeyd edib ki, Çin Rusiya və Ukraynanın birgə iştirakını nəzərdə tutan beynəlxalq konfransın çağırılmasını dəstəkləyir.

O, Ukraynadakı savaşın tezliklə dayandırılacağına ümid etdiyini bildirib.

Azpost.info

Əvvəlki məqalə

“Rus qoşunları Maskın “Starlink” terminallarından istifadə edir”

Sonrakı məqalə

Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib