Ukraynaya hərbi müdaxiləsindən bu yana Rusiya Çin və Hindistana enerji satışından 24 milyard dollar əldə edib.
Azpost.info xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.
Son gömrük məlumatlarına görə, Çin fevralın sonundan mayın sonunədək Rusiya nefti, qazı və kömürünə 18,9 milyard dollar xərcləyib ki, bu da bir əvvəlki ilə nisbətən iki dəfə çoxdur.
Hindistan eyni dövrdə 5,1 milyard dollar xərcləyib ki, bu da bir il əvvəl Rusiyadan aldığı enerjinin dəyərindən 5 dəfə çoxdur.
2021-ci ilin eyni ayları ilə müqayisədə Rusiyanın Asiya nəhənglərinə tədarükdən əldə etdiyi gəlir 13 milyard dollar daha çoxdur.
Agentlik yazır ki, Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar enerji daşıyıcılarının qiymətlərinin kəskin artmasına və dünyanın əsas iqtisadiyyatlarında tənəzzül təhlükəsi yaradan inflyasiyaya təkan verib.
Azpost.info